AFFA bu klubla bağlı ciddi araşdırmaya başladı – SON DƏQİQƏ

20 Oktyabr 2023 11:20 I Divizion 4 370
AFFA bu klubla bağlı ciddi araşdırmaya başladı – SON DƏQİQƏ

AFFA və Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi «İrəvan»ın üzləşdiyi vəziyyətdən narahatdır.

I Liqada mübarizə aparan klubun idarəçiləri bu məqsədlə federasiyaya dəvət olunub.

Görüşdə məqsəd yaşanan son hadisələrə barədə müfəssəl məlumat toplamaq və çıxış yollarını müzakirə etməkdir.

Bununla paralel AFFA İntizam Komitəsi yığışacaq və 5-ci turun «İmişli» - «İrəvan» qarşılaşmasına dair qərar çıxaracaq.

Səfərə yollanmayan ikincilərə 0:3 hesablı texniki məğlubiyyətin veriləcəyi şübhəsizdir. Əsasnaməyə görə, bu hal ikinci dəfə təkrarlanarsa, «İrəvan» çempionatdan kənarlaşdırılacaq.

Federasiya və PFL-i naravhat edən məsələ klubdaxili problemlərin şişməsidir. Burada bıçaq artıq sümüyə dirənib.

Futbolçular 4 aylıq maaşlarının tam ödənilməsini, yəni, yığılb qalan borcların birkərəmlik qaytarılmasını tələb edir.

Narahatedici digər problem klub rəhbərliyinin AFFA qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Belə ki, qurum aylıq yardım kampaniyasının ilk partiyasını həyata keçirsə də, komanda üzvləri onlara çatacaq məbləği almayıb.

AFFA bunu araşdırmağa başlayıb ki, dotasiyanın birinci hissəsi hara xərclənib. Nəzarət Təftiş Komissiyasına bununla əlaqədar müvafiq göstəriş verilib.

Habelə «İrəvan»ın futbolçularının şikayət ərizələri incələnir, onların hər biri tək-tək dinlənilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti