Bu gün I Liqada 5-ci turun 3 oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Qaradağ Lökbatan" "Zaqatala"nı, "Araz Saatlı" "Difai Ağsu"nu, MOİK isə "Karvan"ı məğlub edib.
5-ci tur ötən gün "İmişli" - "İrəvan" matçı ilə start götürməli idi. Lakin "İrəvan"ın futbolçuları oyunu boykot ediblər.
Qeyri-rəsmi xəbərlərə görə, "İrəvan" klubu futbolçuların borcunu ödəmədiyi üçün oyunçulardan bəziləri bu görüşə yollanmayıblar.
19 oktyabr (cümə axşamı)
“Qaradağ Lökbatan” – “Zaqatala” - 2:1
Qollar: Urfan İsmayılov, 54, Mehdi Tahirov, 81 - Uoren Lloyd, 45+2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Neftçi Futbol Mərkəzi (IV meydança)
“Araz Saatlı” – “Difai Ağsu” - 5:2
Qollar: İlkin Əliyev, 62, Kamran Həsənzadə, 69, Elşan Sabbaği, 75, Şamil Abdullayev, 84, Oqtay Məmmədov, 90+5 - Rəhman Quliyev, 27, Ramin Süleymanov, 77
Hakimlər: Kamranbəy Rəhimov, Orxan İbişov, Samir Qaracayev, Əkbər Əhmədov
Saatlı OİK stadionu
“Karvan” – MOİK - 0:3
Qollar: Elmir Rəhimsadə, 8, 31, Xəyal Bədirov, 85
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Aydın Baxşıyev, Namiq Bəkirov
Yevlax şəhər stadionu
20 oktyabr (cümə)
15:00. “Şamaxı” – “Mingəçevir”
Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Anar Bədəlov, Murad Səlimov
Şamaxı şəhər stadionu
18 oktyabr (çərşənbə)
15:00. “İmişli” – “İrəvan” - Oyun keçirilməyib.
İmişli şəhər stadionu
|
BOMBARDİRLƏR:
Emin Zamanov ("Şamaxı") - 5 qol
İsa Zeynallı (MOİK) - 4 qol
Cəlal Cəbrayılov ("Şamaxı") - 3 qol
Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 3 qol
Famil Camalov ("İrəvan") - 3 qol

