Üç futbolçu ilə yollar ayırldı, daha bir neçə nəfər də yolüstədir

27 Dekabr 2023 09:40 I Divizion 12 659
Üç futbolçu ilə yollar ayırldı, daha bir neçə nəfər də yolüstədir

I Liqada ilk mövsümünü keçirən «Difai»nin rəhbərliyi islahatlara başlayıb.

Bu, komandanın birinci dövrəni 9-cu yerdə bitirməsiylə əlaqədardır.

Qarabağ təmsilçiləri artıq 3 futbolçu ilə yollarını ayırıb. Elçin Əliyev, Ruslan Hüseynov və Firdovsi Kazımovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Böyük ehtimalla, daha bir neçə nəfər tezliklə düşərgəni tərk edəcək. Bugünlərdə komandadixili toplantı keçiriləcək və orada mühüm qərarların verilməsi gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!