Komandaya iki hadisə üz verdi: Birinin alnı içəri batdı, birinin ayağı "getdi" - FOTO

19 Oktyabr 2023 21:20 I Divizion 1 126
Komandaya iki hadisə üz verdi: Birinin alnı içəri batdı, birinin ayağı "getdi" - FOTO

Bu gün I Liqada beşinci turun 3 oyunu keçirilib. «Araz» Saatlıda «Difai»ni qəbul edib.

Qonaqlar ilk hissənin sonunda birdən-birə iki xoşagəlməz hadisə ilə üzləşib.

Öncə komandanın kapitanı Gülalı Mehrəliyev meydanı ağrılar içində tərk edib.

Beton üzərində quraşdırılmış süni qazonda ayağı burxulmuş yarımmüdafiəçi yoldaşlarının köməyi ilə təcili tibbi yardım maşınına çatdırılıb.

Həmçinin Emil Quluzadə ikili toqquşma zamanı sifət nahiyəsindən aldığı zərbə nəticəsində ciddi xəsarət alıb. «Qəbələ»nin yetirməsinin alını içəri batıb.

Ağzından qan gələn Quluzadə Mehrəliyevlə birgə təcili Saatlı şəhər xəstəxanasına çatdırılıb. Hər iki oyunçu bu gün təkrar ciddi müayinədən keçiriləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti