Birinci liqada 5-ci tura 18 oktyabr start verilməliydi.
Amma "İrəvan"nın "İmişli" ilə səfər matçına yollanmaması görüşün baş tutmamasına səbəb oldu.
Təkcə görüşün yox, həm də yerli komandanın həftələrdi böyük canfəşanlıqla gördükləri hazırlığı təxirə salmış oldu.
Belə ki, təmirə bağlanmış Heydər Əliyev adına İmişli şəhər stadionu, nəhayət, bu turdan "İmişli"nin ev oyununa sahiblik edəcəkdi.
Mövsümdəki ilk ev oyununa çox sayda bilet satılmışdı.
Hətta satışı təşkil olunan klubun atributları da tərəfdarlar tərəfindən xoş qarşılanmışdı.
Lakin bir andaca qonaq komandanın belə qərar verməsi fanatların kefini pozmuş oldu.
Lakin çox da narahat olmağa dəyməz.
Bölgə klubu eyni istəklə növbəti ev oyununa hazırlaşmağı qarşısına məqsəd qoyub.
Komanda 7-ci turda "Zaqatala"nı qəbul edəcək.
"İrəvan"la oyuna bilet alan şəxslər də həmin biletlə bu matça daxil ola biləcəklər.
XANOĞLAN / SPORTİNFO.AZ

