“İrəvan”ın futbolçusu AFFA-ya üz tutub.
Ruslan Hacıyev sözügedən klubdan şikayətçidir.
İyunda komandanın sıralarına qoşularaq aylıq 3500 manat qarşılığında 1 illik müqavilə bağlayan 25 yaşlı yarımmüdafiəçi klubdan pul ala bilmir.
Razılığa əsasən, Ruslana avqustun 1-dən maaş hesablanır. Futbolçu yaydan bu yana “İrəvan”dan 1 qəpik də almayıb. Komanda üzvlərinin böyük əksəriyyətinə 500-1000 manat paylansa da, Hacıyevə heç nə verilməyib.
Vaxtilə “Qarabağ”ın formasını geyinmiş futbolçu düşdüyü vəziyyətə görə öncə kluba xəbərdarlıq məktubu ünvanlayıb. Cavab almadığını görüncə bu dəfə AFFA-ya şikayət edib.
Bildirək ki, “İrəvan”ın legioneri Andrey Sinanka da üzləşdiyi durumdan narazıdır. Pul üzünə həsrət qalan belaruslu qapıçı UEFA-ya müraciət etməyə hazırlaşır.
HƏBİB / SPORTİNFO.AZ

