Azərbaycan I Liqasının IV turunda keçirilməli olan "İmişli" - "İrəvan" oyunu baş tutmayıb.
Qonaq komanda səfərə çıxmayıb. Onlara bu səbəbdən texniki məğlubiyyət veriləcəyi gözlənilir.
"İrəvan" futbolçuları maaş ala bilmədikləri üçün görüşü boykot ediblər. Komanda 4 turdan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir.
Qarşılaşma ilə bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.
Əldə etdiyimiz məlumata görə, rəhbərlik bu gün səhər futbolçuları inadınan əl çəkmək üçün cəhdlər edib.
Futbolçuların bir aylıq maaşı təxminən 60000 manat edir. Rəsmilər bu pulun yarısını - 30 min manatı verə biləcəklərini bildiriblər.
Ki, bu məbləğ komanda arasında bölünsün, digər hissəsi isə qarşıdakı günlər verilsin.
Təklifə rədd cavabı verilib. Rəhbərliyə güvənməyən heyət "ya pulun hamısı, ya da səfər getmirik" şərtində israr ediblər.
Tələb qarşılanmayınca, komandanın "İmişli" ilə görüşə çıxmayacağı qətiləşib.
XANOĞLAN / SPORTİNFO.AZ

