Azərbaycan klubunda etiraz davam edir - Bu dəfə futbolçular daha sərt addım atdılar

18 Oktyabr 2023 11:40 I Divizion 1 497
Azərbaycan klubunda etiraz davam edir - Bu dəfə futbolçular daha sərt addım atdılar

Birinci liqa təmsilçisi "İrəvan"da etirazlar davam edir.

Xəbər verdiyimiz kimi, maaşlarını ala bilməyən kollektiv bir neçə gündür məşqlərə çıxmır.

Rəhbərlik futbolçuların tələbinə məhəl qoymayınca onlar bu dəfə daha sərt addım atmaq qərarına gəliblər.

Belə ki, komanda bu gün 5-ci tur çərçivəsində "İmişli"nin qonağı olmalıydı.

Amma "İrəvan"lı futbolçular səfərə yollanmayıblar.

Bu barədə klubdan bizə məlumat verilib.

Böyük ehtimalla, bölgə klubuna bu görüşdə texniki qələbə veriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!