Çempionluğa iddialı komanda dağılmağa doğru gedir… Görün, nə qədər borcu var!

17 Oktyabr 2023 11:40 I Divizion 4 207
Çempionluğa iddialı komanda dağılmağa doğru gedir… Görün, nə qədər borcu var!

Dörd aydır əməkhdaqqı almayan «İrəvani»da "bıçaq sümüyə dirənib".

Vəziyyət, belə deyək, «rusca»dır. AFFA İcraiyyə Komitəsinin qərarı ilə

İyunda I Liqaya buraxılan və elə o vaxtdan hazırlıqlara başlayan futbolçular ötən müddətdə xeyli vəd alıb, başqa heç nə!

Məşqi boykot edən oyunçularla növbəti iclas keçirilib. Yığıncaq xeyli uzun və gərgin alınıb.

Rəhbərlik maliyyə problemlərinin tezliklə həll olunacağını bildirsə də, komanda üzvləri yumşalımayıb.

Pullarının tam ödənilməyəcəyi təqdirdə, məşqə çıxmayacaqlarını və «İmişli» ilə səfər matçına yollanmayacaqlarını söyləyiblər.

Məlum olub ki, klubun onlara 200 min manatdan çox ümumi borcu var. Bu, yalnız maaş fonduna aid hissədir.

Yönətimin məşqçilərə və işçilərə də kifayət qədər böyük məbləğdə borcu əmələ gəlib.

“İrəvan” 4 turdan sonra topladığı 10 xalla Birinci Liqanın turnir cədvəlinə liderlik edir.

Qərbi Azərbaycan təmsilçisi mövsümqabağı proqnozlarda çempionluğa ən real namizəd olaraq göstərilirdi. Mövcud problemlər bu gün-sabah həllini tapmasa, komanda böyük güc itirəcək, boykota qoşulan futbolçular düşərgədən ayrılacaq.

Prosesin başqa geri dönüşü yoxdur. Pul ya təcili tapılmalıdır, ya da tapılmalıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti