Növbəti mövsümdən I Liqada mübarizə aparacaq «Difai» hazırlıq prosesini sürətləndirib.
II Qarabağ müharibəsi iştirakçıları və qazilərinin yaratdığı klub artıq 3 yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
«Sabah» və «Səbail»in əvəzediciləri ilə qarşılaşmadan sonra «Dirçəliş»lə üz-üzə gələn «fədailər» sparrinqi üzərində 8:1 hesablı qələbəyə sevinib.
Baş məşqçi Paşa Əliyev yoxlanışa gələn futbolçuları sınamaqdan keçirmək məqsədilə daha 3 belə oyunun təşkilini planlaşdırır. Növbəti belə rəqib Qusar «Şahdağ»ı olacaq.
SPORTİNFO.AZ

