"Hər iki liqanın klubları bilir ki, məsuliyyətsizlik yaxşı nəticələnməyəcək" - MESAJ

8 Avqust 2023 14:40 I Divizion 1 157
"Hər iki liqanın klubları bilir ki, məsuliyyətsizlik yaxşı nəticələnməyəcək" - MESAJ

“Biz bütün komandaları nəzarətdə saxlayırıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL)Yarışların Təşkili və Keçiriməsi Departamentinin rəisi Elgiz Abbasov deyib.

PFL funksioneri I və II Liqada mübarizə aparacaq klubların növbəti mövsümə hazırlıq periodunu diqqətlə izlədiklərini bildirib:

“Təftiş həm birinci, həm də ikinci liqa komandalarına aiddir. Bu gün də hər iki liqanın komandaları bilirlər ki, məsuliyyətsizlik yaxşı nəticələnməyəcək.

Sevindirici haldır ki, hər kəs verilən qiyməti dəyərləndirməyə, komandalarının mübarizə aparması üçün əllərindən gələni etməyə çalışırlar.

Çatışmazlıqlar da var, təbii ki. Onları da aradan qaldırmağa çalışırıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti