Səlahiyyətli şəxs: “Klub sayının artırılıb-artırılmayacağı ilə bağlı...”

3 Avqust 2023 22:20 I Divizion 1 328
Səlahiyyətli şəxs: “Klub sayının artırılıb-artırılmayacağı ilə bağlı...”

İyunun 16-da AFFA-nın İcraiyyə Komitəsinin “Dalğa Arena”da keçirilən iclasında I Liqada 10, II Liqada isə 12 komandanın mübarizə aparacağı qərarı verilmiş və adlar açıqlanmışdı.

Bununla yanaşı, bu qərarların son olmadığı bildirilmiş və yayımlanan məlumatda xüsusi qeyd olaraq, I Divizion (yeni adı ilə 1-ci Liqa) və II Divizionda (yeni adı ilə 2-ci Liqa) çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunması vurğulanmışdı.

Peşəkar Futbol Liqasının Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Elgiz Abbasov Sportinfo.az-a açıqlamasında bildirib ki, bu qeyd özündə klubların adlarının açıqlanması ilə kifayətlənməməyi, həmin klubları xüsusi nəzarətdə saxlamağı və təftiş etməyi ehtiva edir:

“Biz də baş katiblik və PFL olaraq, ilk gündəki kimi bu işi bacardığımız qədər ən yüksək diqqətlə icra etməyə çalışırıq.

Əvvəlcədən də qeyd etmişdik ki, həm birinci, həm də ikinci liqada oynamaq arzusunda olan klubların sayı çox idi.

Onların arasından xüsusilə də yaxşı infrastruktura, ən önəmlisi, standartlara cavab verən meydanlara malik olanlara üstünlük verəcəyik. \

İcraiyyə Komitəsinin tapşırıqlarına əsasən, I Divizion (yeni adı ilə 1-ci Liqa) və II Divizionda (yeni adı ilə 2-ci Liqa) çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyi hazırlayıb təqdim edəcəyik.

Komitənin hansı qərarı verəcəyi, klub sayının artırılıb-artırılmayacağı ilə bağlı konkret bir şey deyə bilmərik. Bu, artıq bizə aid olan məsələ deyil”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti