Tanınmış iş adamı ölkə çempionatına qayıdan kluba BÖYÜK VƏSAİT AYIRDI

31 İyul 2023 11:40 I Divizion 5 642
Tanınmış iş adamı ölkə çempionatına qayıdan kluba BÖYÜK VƏSAİT AYIRDI

AFFA İcraiyyə Komitəsinin qərarı ilə I Liqaya qaytarılan “Karvan”a 1 milyon manatdan artıq əlavə büdcə ayrılıb.

Göstərilən vəsait sırf yeni baza tikilməsi üçün nəzərdə tutulub.

Artıq bu istiqamətdə işlərin əhəmiyyətli hissəsi görülüb. Futbolçuların otel tipli məkanda qalması və istirahət etməsi təmin olunacaq.

Həmçinin ikinci yardımçı meydançanın salınması plandadır.

Əsas qazonun yeniənməsi və saxlanması isə “Qəbələ”dən dəvət olunmuş mütəxəssislərə tapşırılıb.

“Karvan” gücü kim(lər)dən alır? Yevlax rayon İcra Hakimiyyəti və Şahmar Vəliyev klubun inkişafı yolunda birləşib.

Şahmar Vəliyev «Karvan»ın yaradıcılarından biridir. Adıçəkilən klub 2004-cü ildə məhz onun yaxından köməyi və iştirakıyla ortalığa çıxıb.

O, ümumilikdə 7-8 il «Karvan»a rəhbərlik edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti