Bir il öncə Region Liqasının çempionu olan «Cəbrayıl» yeni mövsümdən II Liqada yarışacaq.
«Şamaxı»dan ayrılan Cavid Hüseynovu sükan arxasına qaytaran Qarabağ təmsilçisi I Liqaya vəsiqə uğrunda mübarizə aparacaq.
Rayonun İcra Hakimiyyəti və yerli iş adamları komanda ətrafında birləşib.
«Cəbrayıl»ın büdcəsi də artıq bəllidir. AFFA-nın ayırdığı 50 min manatla kifayətlənməyiblər. Əlavə olaraq, 200 min manat vəsait toplanıb.
SPORTİNFO.AZ

