Region klubunda rəhbərliyin “əl dəyişməsi” – Bu 1 ayda nələr olub?

26 İyul 2023 16:40 I Divizion 1 207
Region klubunda rəhbərliyin “əl dəyişməsi” – Bu 1 ayda nələr olub?

“Mən klubun rəhbərliyindən getsəm də, özlərinə də demişəm ki, həmişə sizlərə dəstək olmağa çalışacam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zaqatala”nın Müşahidə Şurasının sabiq sədri Musa Qurbanov deyib.

Ötəb ayın bu günü əyalət təmsilçisinin rəhbərliyində dəyişiklik olub. Uzun illər öncə fəaliyyətini dayandırmış “Daşqın”da Qurban Qurbanovun baş məşqçisi olmuş Şaban Şirdanov şuranın sədri seçilib.

2015-ci ildən bu vəzifəni yerinə yetirən tanınmış Musa Qurbanov doğma rayonunun klubundan ayrılmağı lazım bilib.

Qurban Qurbanovun böyük qardaşının prezident vəzifəsindən getməsi “Zaqatala”nın bitməyən maliyyə problemləri ilə bağlıdır.

Musa Qurbanov AFFA-dan kluba ayrılan büdcənin nisbətən artırılmasını dəfələrlə xahiş etsə də, müraciətləri nəticəsiz qalıb.

Görəsən, geridə qalan 1 ay ərzində “Zaqatala”nın həyatında nəsə dəyişib? Musa Qurbanovu dinləyək:

“Daha klubun içində deyiləm, gündəlik görülən işlərdən xəbərsizəm. Kənardan görünən odur ki, Şaban Şirdanov çox çalışır.

Mən onun təcrübəsinə və bacarığına bələdəm. İstəyir ki, rayonumuzun futboluna yenə öz tövhəsini versin.

Mən də bir yerli kimi komandaya kömək etməyə hazıram. Bunu klubda çalışan hər kəsə demişəm. Əlimdən nə gəlirsə, yenə edəcəm.

Bilirsiz, son vaxtlar çox yorulmuşdum. Problemlər o qədər idi ki...

İstirahətə ehtiyacım var. İnşallah, “Zaqatala” növbəti mövsümə yaxşı başlayar.

Düzdür, bir neçə aparıcı futbolçu gedib, bununla belə, çempionluq uğrunda mübarizə aparacaqlarına inanıram. Ümumiyyətlə, gələn mövsüm birinci liqa maraqlı keçməlidir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti