Son olaraq "Şamaxı"da çalışmış Cavid Hüseynovun yeni iş yeri bəlli olub.
Sportinfo.az xəbər verir ki, o, yeni mövsümdən 2-ci liqada mübarizə aparacaq "Cəbrayıl"ın baş məşqçisi təyin edilib.
Məlumatı klubun rəsmi Feysbuk səhifəsi paylaşıb. Onun köməkçisi isə "Şamaxı"da birlikdə çalışdığı Elhad Nəziri olub.
Cavid Hüseynov daha əvvəl də "Cəbrayıl"ı çalışdırıb.

