"Qarabağ" 4 futbolçunu bu komandanın ixtiyarına verdi

24 İyul 2023 00:40 I Divizion 5 058
"Qarabağ" 4 futbolçunu bu komandanın ixtiyarına verdi

Yeni mövsüm üçün İddialı heyət formalaşdırmaq istəyən birinci liqa təmsilçilərindən "İmişli" bir neçə futbolçunun keçidini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi “Qarabağ”dan dörd futbolçu ilə anlaşıb.

Seyxan Fərəcov, Hüseyn Əliyev, Mehdi Tahirov 2023/2024 mövsümündən "İmişli"də oynayacaq.

Adıçəkilən hər üç futbolçu ötən mövsümü Ağdam klubunun əvəzedici heyətində çıxış edib. “Qarabağ”ın qolkiperi Ayhan Arazlının isə "İmişli"yə transferi barədə bir neçə gün əvvəl xəbər vermişdik.

Kluba bir müddət əvvəl yeni sponsor tapılıb. Baş məşqçi postunda isə Ruhid Usubovu Əsgər Abdullayev əvəz edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti