"Difai"də ilk baş məşqçi təyinatı - FOTO

23 İyul 2023 22:00 I Divizion 1 931
"Difai"də ilk baş məşqçi təyinatı - FOTO

Növbəti mövsümdən I Liqada mübarizə aparacaq «Difai»

Ağsuda uşaq futbolunun inkişafı etdirilməsi istiqamətində konkret adımlar atmağa başlayıb.

Bu rayonun təmsilçisi olaraq peşəkar statuslu çempionatda ilk dəfə yarışacaq klubun rəhbərliyi aşağı yaş qrupları üzrə komandaların formalaşdırılmasına start verib.

«Difai»nin prezidenti Asəf Məlikov bu məsələni şəxsi nəzarətinə götürüb və onun göstərişi ilə Ramin Nəsibov «alt yapı»nın baş məşqçisi təyin edilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti