İkinci Liqa hazırlıqlarını davam etdirən "Füzuli"də iki yeni təyinat baş verib.
Sportinfo.az xəbər verir ki, komandanın qurucularından olan Vasif İsmayılov yeni mövsümdən baş məşqçi funksiyası ilə yanaşı, klubun icraçı direktoru da vəzifəsini də icra edəcək.
Füzuli komandasının İdman Direktoru vəzifəsinə isə tanınmış futbolçu, Azərbaycan, Türkiyə, Portuqaliya, Yunanıstan, Kosovo, Bosniya və Herseqovina, Moldova və Avstriya klublarının, o cümlədən, Azərbaycan milli futbol komandasının şərəfini də qorumuş Amit Quluzadə təyin edilib.

