Divizionun milyonluq klubu transferlərə başladı – ADLAR

20 İyul 2023 21:00 I Divizion 3 020
Divizionun milyonluq klubu transferlərə başladı – ADLAR

Ötən mövsüm Premyer Liqada qalmaq tapşırığının öhdəsindən gələ bilməyən “Şanaxı” elitaya qayıtmaq niyyətindədir.

Rəhbərlik kluba illik 1 milyon manatlıq büdcə ayrılıb ki, bu məbləğ komandanın gücləndirilməsinə və təlim-məşq toplanışlarına sərf olunacaq.

Baş məşqçi Vüqar Əsgərli komandanın hazırkı heyətinin qorunmasında və milli üzvlərinin Şamaxıya gəlməsində maraqlıdır.

Premyer Liqada oynamış futbolçuların böyük əksəriyyəti kollektivi tərk edib.

Ötən il elita təcrübəsi toplayanlardan Əkpər Vəliyev, Rövşən Şahmuradov, Elçin Rəhimli, İbrahim Aslanlı, Ramin Əhmədov, Qurban Səfərov, Zahid Mərdanov, Emin Zamanovun karyerasını “Şamaxı”da davam etdirəcəyi dəqiqdir.

Heyətin gücləndirilməsi prosesinə də start verilib və artıq yeni adlar məlumdur.

Ötən mövsümü “Zaqatala”da keçirmiş Cəlal Cəbrayılov, “Neftçi-2” ilə gümüş medala sahib olmuş Elşad Tağıyev, “Turan Tovuz”dan gəlmiş Abbas Ağazadə ilə Elçin Qasımov, “Araz Naxçıvan”dan Əbil Əbilov, “Qəbələ”dən Süleyman Damadayevlə Salman Ələsgərov, “Kəpəz”dən gəlmiş Samir Məhərrəmli növbəti mövsümdə bölgə təmsilçisinin uğurları üçün tər tökəcək.

Bu futbolçuların əksəriyyəti U-21-in faktiki üzvləri və namizəd oyunçulardır.

Maraq üçün bildirək ki, “Şamaxı” Birinci Divizionda “İrəvan” və “Karvan”la birgə büdcəsinə görə fərqlənən üç klubdan biridir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti