60-a yaxın futbolçu baxışda - “Neftçi”, “Qarabağ” və Afrikadan...

15 İyul 2023 09:20 I Divizion 2 104
60-a yaxın futbolçu baxışda - “Neftçi”, “Qarabağ” və Afrikadan...

Yeni mövsümdən ilk dəfə I Liqada mübarizə aparacaq “Difai” hazırlıqlara start verib.

Ağsunu təmsil edəcək Qarabağ qazilərinin komandası Şağan Olimpiya Kompleksində çalışmalara başlayıb.

Toplanışın ilk günləri seleksiyaya həsr olunub. “Bakı”dan tanıdığımız Paşa Əliyevin sərəncamında hazırda 60-a yaxın futbolçu var.

Onların arasında Afrikadan legionerləri də görməkdəyik.

Həmçinin “Neftçi” və “Qarabağ” kimi Premyer Liqa təmsilçilərinin əvəzedici heyətlərinin formasını geyinmiş oyunçular da baxışa çağırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!