YENİ TƏYİNAT: AFFA öz adamını bölgə klubuna göndərir

14 İyul 2023 13:20 I Divizion 2 189
YENİ TƏYİNAT: AFFA öz adamını bölgə klubuna göndərir

"İmişli"də baş məşqçi dəyişikliyi olacağı barədə məlum vermişdik.

Artıq birinci divizion klubunu kimi çalışdıracağı dəqiqləşib.

Əldə etdiyimiz məlumata görə, bölgə klubu təcrübəli mütəxəssis Əsgər Abdullayevə tapşırılacaq.

O, hazırda AFFA Məşqçilər Komitəsinin üzvü kimi çalışır.

Azərbaycan milli komandasının sabiq baş məşqçisi yaxın günlərdə yeni işinin başına keçəcək.

63 yaşlı mütəxəssis məşqçilik karyerası ərzində "Şəfa", "Bakı", "Olimpik Şüvəlan", "Turan", "Araz Naxçıvan" kimi klublarda çalışıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti