Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Yevlaxa səfər edib.
Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, onu bu səfərdə qurumun texniki-idman direktoru Elgiz Abbasov tək buraxmayıb.
Yevlax şəhərinə səfər zamanı İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, eləcə də I Liqaya dönüş edən “Karvan”ın rəhbərliyi ilə görüş keçirilib.
Görüşün ardından klub rəsmiləri ilə birgə Yevlax Şəhər Stadionuna baxış keçirilib.
Stadionun durumu, eləcə də tikilməkdə olan baza haqda məlumat verilib. Görülən işlər qənaətbəxş hesab edilib və PFL rəsmiləri tərəfindən tövsiyələr verilib.

