Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Ağsuya səfər edib.
Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, PFL-in texniki-idman direktoru Elgiz Abbasovun da qatıldığı səfərin ilk dayanacağı Ağsu rayonu olub.
Burada rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və I Liqada debütə hazırlaşan “Difai Ağsu”nun rəhbərliyi ilə görüş keçirilib.
Qarşılıqlı fikir mübadiləsi aparılıb, atılmış və planlaşdırılan addımlar müzakirə edilib.
Ardından klub rəhbərliyi ilə birgə stadiona baxış keçirilib. İşlərin gedişindən məmnunluq ifadə edilib və müəyyən qeydlər diqqətə çatdırılıb.

