Gələn mövsüm I Liqada yarışacaq və Premyer Liqanı hədəfləyən komandalar arasında ən iddialılardan biri “İrəvan” olacaq.
Komandanı sabiq “Xəzər Lənkəran”lı Elbrus Məmmədova tapşıran debütant üçün kifayət qədər böyük büdcə toplanıb.
Yəni, İrəvanın eyniadlı təmsilçisi yalnız AFFA-nın verəcəyi 300 min manatlıq yardım paketinin ümidinə qalmayacaq.
Klubun əsas himayədarlarından Qərbi Azərbaycan İcması (QAİ) bu istəqimatədə əməli addımlar atıb.
QAİ bu regiondan olan imkanlı şəxslərə, şirkət sahiblərinə müraciət edib. İanə kampaniyasının ilkin mərhələsində bir neçə yüz min manatın toplanmasına dair xəbərlər var.
SPORTİNFO.AZ

