Deputat II Liqada çıxış edəcək öz rayonunun klubuna KÖMƏKLİK GÖSTƏRƏCƏK

13 İyul 2023 07:50 I Divizion 1 097
Deputat II Liqada çıxış edəcək öz rayonunun klubuna KÖMƏKLİK GÖSTƏRƏCƏK

Füzulidən olan millət vəkili, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvü Vüqar Bayramov "Füzuli"nin baş məşqçisi Vasif İsmayılov və köməkçi məşqçi Xəqani Quliyevlə görüşüb.

Sportinfo.az xəbər verir ki, görüşdə bu mövsüm yeni yaradılmış II Liqada mübarizə aparacaq "Füzuli"yə dəstək ifadə olunub, komanda önündə qoyulan məqsədlər, mövcud problemlərin həll edilməsi və digər aktual məsələlər müzakirə edilib.

Millət vəkili rayon ictimaiyyətinin klubun problemlərinin həll olunması üçün səfərbər olması yolunda birgə işlər görüləcəyini bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti