Növbəti mövsüm I Liqada 10 komanda mübarizə aparacaq.
AFFA-nın İcraiyyə Komitəsi Region Liqasının 4 iştirakçısını bu çempionatın sıralarına qəbul edib.
Debütantlar arasında “Araz“ da yer alıb. Beləcə, Saatlı rayonu tarixdə ilk dəfə peşəkar yarışda təmsil olunacaq.
Amma...
İnanılmaz bir hadisə baş verib. I Liqada qüvvəsini sınayacaq “Araz” o “Araz” deyil.
Region Liqasının daimi iştirakşısı “Araz”FK olsa da, Peşəkar Futbol Liqası (PFL) “Araz”FC-nı çempionata buraxıb.
Hansı ki, bu klub yenicə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2018-ci ildə yaradılmış “Araz”FK isə PFL rəhbərliyinin ya qəsdən, ya da bilməyərəkdən yol verdiyi “səhv” ucbatından kənarda qalıb.
Əsasnaməyə görə, Region Liqasında çıxış etməyən heç bir klub I Liqada yarışa bilməz. Peşəkar statuslu birincilikdə qüvvəsini sınamaq istəyən istənilən komanda minimum 1 mövsüm Region Liqasında varlıq göstərməlidir.
“Araz”FC 2023-cü ilin “məhsul”u olduğu halda, PFL yenicə formalaşdırılmış bu klubu hansı əsasla I Liqanın sıralarına qəbul eləyib?
AFFA-sanın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun xeyir-duası ilə PFL-nın prezidenti postuna “göydən zənbillə enmiş” Elxan Səmədov bu qanunsuzluğa necə yol verib?
Bir ildir ölkə çempionatına cavabdeh qurumun başında əyləşmiş E.Məmmədovun adaşı/adamı bu boyda səhlənkarlığa nətəhər göz yumub və yaxud yuma bilər?
P.S.Mövzunu davam etdirəcəyik...

