Növbəti mövsümdə də I Divizionda mübarizə aparacaq “Zaqatala”da Müşahidə Şurası yaradılıb.
Uzun illər öncə fəaliyyətini dayandırmış “Daşqın”da Qurban Qurbanovun baş məşqçisi olmuş Şaban Şirdanov şuranın sədri seçilib.
Klubun prezidenti isə Musa Qurbanlı postundan istefa verib.
2015-ci ildən bu vəzifəni yerinə yetirən tanınmış futbol adamı doğma rayonunun klubundan ayrılmağı lazım bilb
Bu məqsədlə əyalət təmsilçisində toplantı təşkil olunub. Yığıncaqda klubun bütün funksionerləri iştirak edib və gündəlikdə dayanan məsələlər müzakirə olunub.
Yekunda idarəetmə aparatının dəyişdirilməsi, Müşahidə Şurasının yaradılması qərara alınıb.
Qurban Qurbanovun böyük qardaşının prezident vəzifəsindən getməsi “Zaqatala”nın bitməyən maliyyə problemləri ilə bağlıdır.
Musa Qurbanov AFFA-dan kluba ayrılan büdcənin nisbətən artırılmasını dəfələrlə xahiş etsə də, müraciətləri nəticəsiz qalıb.
SPORTİNFO.AZ

