Azərbaycanda klub prezidenti vəzifəsindən ayrıldı, şura yaradıldı

26 İyun 2023 09:40 I Divizion 2 403
Azərbaycanda klub prezidenti vəzifəsindən ayrıldı, şura yaradıldı

“Zaqatala”nın prezidenti Musa Qurbanlı postundan istefa verib.

2015-ci ildən bu vəzifəni yerinə yetirən tanınmış futbol adamı doğma rayonunun klubundan ayrılmağı lazım bilb

Bu məqsədlə əyalət təmsilçisində toplantı təşkil olunub. Yığıncaqda klubun bütün funksionerləri iştirak edib və gündəlikdə dayanan məsələlər müzakirə olunub.

Yekunda idarəetmə aparatının dəyişdirilməsi, Müşahidə Şurasının yaradılması qərara alınıb.

Qurban Qurbanovun böyük qardaşının prezident vəzifəsindən getməsi “Zaqatala”nın bitməyən maliyyə problemləri ilə bağlıdır.

Musa Qurbanov AFFA-dan kluba ayrılan büdcənin nisbətən artırılmasını dəfələrlə xahiş etsə də, müraciətləri nəticəsiz qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti