"Öhdəlik götürmüşük, onların öhdəsindən gələcəyimizə şübhəniz olmasın"

21 İyun 2023 15:00 I Divizion 816
"Öhdəlik götürmüşük, onların öhdəsindən gələcəyimizə şübhəniz olmasın"

I Divizionun növbəti mövsümünün iştirakçıları arasında 4 yeni ad görməkdəyik.

«Difai» onlardan biridir. Ötən il yaradıoan və Region Liqasında keçirdiyi debüt sezonunda adından söz etdirməyi bacaran «Qarabağ fatehləri» bundan sonra Ağsuda məskunlaşacaq.

Vətən savaşının iştirakçıları və qazilərinin formalaşdırdığı klubun adıçəkilən rayonu seçməsi böyük rəğbətlə qarşılanıb.

Axı Ağsu futbol səhnəsində yeni ünvan deyil. 12 ildən artıqdır bu sahədə adları çəkilir. Rayonun eyniadlı klubu vaxtilə I Divizionun çempionu olub, habelə gümüş və bürünc medallar əldə edib.

«Difai» Ağsunun idman sferasında yeni təmsilçisidir və bu etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək.

Klubun prezidenti Asəf Məlikov Sportinfo.az-a deyib:

«Bir neçə ay öncə mətbuata verdiyim açıqlamalarda bildirmişdim ki, «Difai» Göygöl və Şirvanda yerləşə bilər. Hər iki rayona səfər edərək, şəraitlə tanış olmuşduq.

Yerli Olimpiya Kompleksləri ilə icarə müqaviləsi bağlamışdıq. Düzdür, orada oynasaydıq, çoxlu iş görəcəkdik, amma biz buna da hazır idik.

Sadəcə, son anda Ağsu variantı yarandı, qəbul etdik. Bundan sonra ev oyunlarını Ağsuda keçirəcəyik.

Oyunların yüksək səviyyədə təşkili üçün işlərə yaxından başlayacağıq. AFFA və Peşəkar Futbol Liqası qarşısında müəyyən öhdəliklər götürmüşük.

Üzərimizə düşən məsələləri yaxşı bilirik və onların öhdəsindən gələcəyimizə şübhəniz olmasın.

Ağsuda futbolun ənənələrini yenidən bərpa edəcəyik. Uşaq futboluna ciddi diqqət yetirəcəyik. Ümumiyyətlə, planlarımız çoxdur».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti