“II Divizionda legioner olmayacaq, I Divizionda isə...

18 İyun 2023 18:10 I Divizion 1 501
“II Divizionda legioner olmayacaq, I Divizionda isə...

“Növbəti mövsümdə liqaların hərəsini bir komanda tərk edəcək, biri isə gələcək“.

Sportinfo.az xəbər verir ki, bu açıqlama AFFA-nın baş katibi Sərxan Hacıyevə məxsusdur.

O, İcraiyyə Komitəsinin I Divizion və II Divizionla əlaqəli qərarlarını şərh edib:

“Bilirsiz ki, əvəzedici komandaların I Diviziondan ayrılması ilə bağlı qərar qəbul olunmuşdu. Bu, o deməkdir ki, liqada 6 komanda qalırdı.

I Divizionda iştirak etmək üçün 4 yeni komanda təsdiq olundu. II Divizion yaradıldı və bura 12 komandanın buraxılması ilə bağlı qərar qəbul olundu.

Bu liqa yarıpeşəkar statusda olacaq. Lakin Premyer Liqa, I Divizion və II Divizion bir-birinə bağlı liqalardır. Hər birində idman prinsipləri qorunacaq.

Hazırda II Diviziondan I Divizionda yüksəlmə sxeminin üzərində işləyirik. Çempionatdan əvvəl bütün komandalara bu format barədə məlumat veriləcək.

Ola bilər ki, bir komanda tərk etsin, sondan əvvəlki yerləri tutanlar bir-biri ilə pley-off oynasın. Bu formatlar üzərində hazırda PFL rəhbərliyi ilə birlikdə işləyirik.

Öncədən II Divizionun 10 komandadan ibarət olması müzakirə olunurdu. Sonrakı günlərdə belə qərar oldu ki, 12 komanda mübarizə aparsın.

Düşünürük ki, bu, müsbət effekt verəcək. Ən azından ona görə ki, yerli futbolçuların sayı artacaq.

Hər iki liqada iştirak edəcək komandalar bəllidir. Yaxın zamanda açıqlama veriləcək”.

S.Hacıyev bildirib ki, II Divizionda legioner olmayacaq. I Divizionda isə az sayda əcnəbinin oynamasına icazə veriləcək.

AFFA rəsmisi I Divizion klublarına 300 min manatın, II Divizion iştirakçılarına isə 50 min manatın ayrılacağını əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti