AFFA bu rayonu I Divizion ailəsinə qaytardı

16 İyun 2023 11:20 I Divizion 2 346
AFFA bu rayonu I Divizion ailəsinə qaytardı

Növbəti mövsüm I Divizionda təmsil olunacaq rayonların sırasına yeni ad əlavə edilib. Ağsu yenilənmiş siyahıda yer alıb.

Bu aran rayonu 12 ildən artıqdır ölkənin futbol səhnəsində olub.

«Ağsu» 11 il öncə I Divizionda çempionluq qazanıb, gümüş və bürünc medallar əldə edib. Rüfət Quliyevin çalışdırdığı komanda daha sonra oyun alqı-satqısında iştirak şübhəsiylə çempionatdan kənarlaşdırılıb.

Axır bir neçə ildə isə «Ağsu Siti» və «Ağsu 04» Region Liqasının iştirakçıları sırasında yer alıb.

Bir qədər sonra AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Toplantıda I Divizionun yeni iştirakçılarının adlarına aydınlıq gətiriləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti