AFFA sabah hansı komandaları I Diviziona buraxacaq?

15 İyun 2023 11:20 I Divizion 3 211
AFFA sabah hansı komandaları I Diviziona buraxacaq?

Sabah AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Yığıncaq əsasən qarşıdakı mövsümlə bağlıdır və gündəliyə daxil edilən 7 məsələdən biri də I Diviziona aiddir.

Belə ki, federasiyanın ali orqanı birinci dəstədə mübarizə aparacaq 4 yeni komandanın adını açıqlayacaq.

Premyer Liqanın əvəzedici heyətlərinin çempionatı yenidən bərpa olunduğundan, Region Liqasının mənsubları I Diviziona cəlb olunacaq.

Bilindiyi kimi, yarımhəvəskar yarışın 20-dən artıq iştirakçısı peşəkar statuslu çempionata qatılmaq niyyəti ilə Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. PFL-in irəli sürdüyü şərtlərə cavab verənlərin sayı isə azdır.

Son məlumata görə İK-nın “Karvan”la “İrəvan”I I Diviziona buraxacağı dəqiqdir.

“Xəzər Lənkəran 42”, “Füzuli”, “Cəbrayıl”, “Difai”, “Ağsu 04” və “Araz” (Saatlı) da birinci dəstəyə real namizədlərdəndir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti