Divizionda oynayan tanınmış futbolçu istirahət üçün Parisə yollandı - FOTO

2 İyun 2023 17:40 I Divizion 1 121
Divizionda oynayan tanınmış futbolçu istirahət üçün Parisə yollandı - FOTO

Futbol mövsümünün başa çatması məşqçi və futbolçular üçün göydəndüşmə olub.

İndi hər biri 10 ayın yorğunluğunu çıxarmaq üçün xarici ölkələrə üz tutur.

Hər nə qədər qəribə səslənsə də, belələrindən biri də Birinci Divizionda top dalınca qaçan Elvin Yunuszadədir.

Ötən mövsüm “Kəpəz-2”in uğurları üçün tər tökmüş təcrübəli müdafiəçi yorğunluğu canından atmaq üçün Fransaya yollanıb.

Elvin Avropanın aparıcı ölkəsində çəkdirdiyi foto və videoları sosial şəbəkə hesablarında yerləşdirib.

Ötən yay “Kəpəz”lə müqavilə bağlayan mərkəz müdafiəçisi Tərlan Əhmədovun gəlişindən sonra əvəzedici komandaya göndərilmiş, qış fasiləsində Rauf Əliyevlə Əfran İsmayılov karyerasını başa vurduğunu elan etdiyi halda, Elvin karyerasını ikinci komandada davam etdirəcəyini bildirmişdi.

Karyerası ərzində “Simurq”, “Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şkupi” (Makedoniya), “Keşlə” (indiki “Şamaxı”) kimi komandaların şərəfini qoruyan 30 yaşlı futbolçu 5 dəfə Azərbaycan çempionu olub, bir o qədər də ölkə kubokunu başı üzərinə qaldırıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti