Pul tapa bilməyən "Araz Naxçıvan"ın sayılı günləri qaldı… AFFA-nın "B" variantı hazırdır

1 İyun 2023 16:00 I Divizion 5 430
Pul tapa bilməyən "Araz Naxçıvan"ın sayılı günləri qaldı… AFFA-nın "B" variantı hazırdır

«Araz Naxçıvan»ın rəhbərliyi və məşqçiləri yaxın günlərdə Naxçıvan Muxtar Respublikasına Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Fuad Nəcəfli ilə görüşəcək.

Toplantıda I Divizionun çempionu adını qazanmış klubun gələcək planları müzakirə ediləcək.

AFFA tərəfindən Premyer Liqada iştirak üçün lisenzziya almış region təmsilçisi ciddi problemlərlə üzləşib. Klubun idarəçiliyinin «əl dəyişməsi»

hər an reallaşa bilər. Bu, günün zərurətidir. Problem Vüqar Abbasovdan - «Cahan Holdinq»in sahibindən qaynaqlanır.

Yerli iş adamı təsisçilik hüququna yiyələndiyi «Araz Naxçıvan»a normal büdcə ayıra bilmir.

Vasif Talıbovun Ali Məclisin sədri postundan istefa verməsindən sonra iqtisadi rıçaqları zəifləyən biznesmen hazırda kiçik xərclərin də öhdəsindən gəlməyə çətinlimk çəkir.

Hər halda çempion komandaya 100 min manat əvəzinə gətirib 5000 manat verirsə, başqa izaha ehtiyac yoxdur.

Belə deyək, V.Abbasov Premyer Liqada yarışacaq kollektivin məsrəflərini qarşılamaq iqtidarından uzaqdır.

F.Nəcəflə görüşdə bu məsələlər masaya yatırılacaq, yeni sponsorların kluba cəlb olunması perspektivi müzakirə ediləcək, vəziyyətdən çıxış yolları aranacaq.

Çünki artıq AFFA da «Araz Naxçıvan»dap gedən son proseslərdən həm xəbərdar, həm də narahatdır. Federasiya yaranmış vəziyyəti diqqətlə izləyir və hətta alternativ variantları gözdən keçirir.

Klubda işlər qaydasına düşməsə, mümkündür ki, «Araz Naxçıvan» heç Premyer Liqaya buraxılmasın. «Zaqatala»nın onun əvəzinə elitaya gəlməsi ciddi ehtimal olaraq qalmaqdadır.

Hər halda AFFA 8 ildir I Divizionda «döyüşən» bu kluba ilk dəfə lisenziya verirsə, deməli, müvafiq qurumlar «A» ilə yanaşı, «B» variantını da əlində hazır saxlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"