Azərbaycanda iş adamı sahibi olduğu kluba ŞOK YAŞATDI!

31 May 2023 19:00 I Divizion 2 473
Azərbaycanda iş adamı sahibi olduğu kluba ŞOK YAŞATDI!

I Divizionu mövsümü çempion bitirən «Araz Naxçıvan»da şok hadisə yaşanıb.

Qızıl medallara yiyələnən Muxtar Respublika təmsilçisi gözlədiyi mükafatı almayıb.

Klubun təsisçisi və prezidenti Vüqar Abbasov çempionatın qaliblərinə vur-tut 5000 manat verib. Halbuki komanda üzvləri bu məbləğin 100 min manatdan aşağı olmayacağını gözləyirdi.

Bu da təsadüfən deyildi. Rəhbərlikdən belə bir vəd almışdılar. Di gəl, «Cahan Holdinq»in sahibi cüzi vəsait ödəməklə, işini bitmiş sayıb.

AFFA yaxınlarda «Araz Naxçıvan»a «yaşıl işıq» yandırıb. Növbəti mövsüm Premyer Lqada iştirakı üçün lisenziya alıblar.

Bu isə hələ son deyil. AFFA İcraiyə Komitəsi qarşıdakı günlərdə yığışmalı və yekun qərarını açıqlmalıdır.

Həmin toplantının da iyunun 5-dək keçirilməsi gündəmdədir. Məhz orada məlum olacaq ki, federasiya iştirakçı sayını indiki saxlayır, yaxud artırır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti