Bu adam işləməyə imkan vermir – Növbəti baş məşqçi istefası

30 Mart 2023 11:20 I Divizion 3 336
Bu adam işləməyə imkan vermir – Növbəti baş məşqçi istefası

I Divizionda mübarizə aparan "Mingəçevir"də baş məşqçi Şəhruz Mustafayevlə yollar ayrılıb.

O, öz istəyi ilə tutduğu vəzifədən gedib.

"Mingəçevir" I Divizionda 21 turdan sonra 15 xal toplayıb 14-cü pillədə qərarlaşıb. Ancaq bu dəyişiklik uğursuz nəticələrlə bağlı deyil.

Ona qalsa, AFFA-nın yaratdığı klub geridə qalan müddətdə 3 dəfə məşqçi dəyişikliyinə əl atıb.

Debütant mövsümə Azər Həşimovla başlayıb, daha sonra Samir Məmmədov görəvə gəlib. İndi isə Şəhruz Mustafayevi Sönməz Quliyev əvəzləyib.

Çalışdırıcıları əlcək kimi dəyişən “Mingəçevir“də problem rəhbərliklə bağlıdır. Təqrtbən 2 ay öncə Rövşən Əhmədov Müşahidə Şurasının sədri postundan ayrılıb, yerini Ruslan Həmidov tutub.

Sonuncunun məşqçilərin işinə müdaxilə etməsinə dair çoxlu xəbərlər yayılıb.

İddia olunur ki, “Energetik“in sabiq prezidenti yeni iş yerində qeyri-sağlam ab-hava yaradıb və ondan futbolçular da narazıdır.

Həmidovun heyət seçimi kimi məsələlərə qarışması, xoşuna gəlməyən oyunçuları düşərgədən uzaqlaşdırması kimi məlumatlar var.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti