AFFA-dan Divizionda çevriliş kimi NÖVBƏTİ MÜHÜM YENİLİK!

17 Mart 2023 23:40 I Divizion 1 611
AFFA-dan Divizionda çevriliş kimi NÖVBƏTİ MÜHÜM YENİLİK!

AFFA illərdir I Divizionda tətbiq etdiyi yaş limitini götürməyi planlaşdırır.

Bu barədə federasiyadan redaksiyamıza məlmuat daxil olub.

Verilən informasiyaya görə, yeniliyin növbəti mövsümdən qüvvəyə minməsi nəzərdə tutulub. Belə olarsa, aşağı dəstə təmsilçiləri sərbəst seçim imkanı yaxalayacaq.

Məsələn, cari sezonda yaş limiti 6+5-dir. Yəni, komandaların əsas heyətdə təvəllüdü 2002-ci ilə qədər olan 5 futbolçuya yer verməsi mütləqdir.

Bu ideya AFFa daxilində ciddi müzakirələrə yol açıb. Aidiyyatlı funksionerlərin heç də hamısı limitin tam götürülməsi fikrini dəstəkləmir.

Onlar, heç olmasa, 2003-cü il doğumlu 1 futbolçunun əsas heyətdə meydana çıxmasının tələb kimi qoyulmasını istəyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi