
I Divizionunda XXI turun qarşılaşmaları keçirilib.
Sportinfo.az xəbər verir ki, bu gün "Sumqayıt-2" doğma meydanda MOİK-i qəbul edib.
Matç "hərbçilər"in minimal hesablı qələbəsiylə başa çatıb.
Xallarını 34-ə yüksəldən MOİK turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Sumqayıt-2" isə 10 xalla sonuncu yerdədir.
"Sumqayıt-2" - MOİK 0:1
Qol: İlham Allahverdiyev, 58 (pen)