Qalmaqallı FOTOya REAKSİYA: "Bu qədər Allahsız olmaq olmaz"

14 Mart 2023 20:00 I Divizion 862
Qalmaqallı FOTOya REAKSİYA: "Bu qədər Allahsız olmaq olmaz"

Birinci divizionun 21-ci turunun “Səbail-2” və “İmişli” (2:0) komandaları arasında matçdan çəkilmiş bir foto futbol ictimaiyyətində geniş yayıldı.

Belə ki, fotoda əks olunan qonaq komandanın futbolçusu Müseyib Vəlizadədir.

Yayılan informasiyada isə final fitindən sonra hamının stadionu tərk etdiyi və zədəli oyunçunu meydandan azarkeşlərin çıxarması əks olunub.

Amma yayılan bu informasına kökündən yalan imiş. Bəs, həqiqət necə olub?

Başverənləri komandanın baş məşqçisi Ruhid Usubovun dilindən eşidək:

"Bu fotonu kim çəkib bilmirəm. Həmin adamı Allaha tapşırıram. Bu qədər Allahsız olmaq olmaz axı.

Dünəndən bütün futbol səhifələri bu barədə yazır, lağ-lağa edir. Ayıbdır belə şeylər. Kökündən yalan informasiyadır.

Fotoda da görünür ki, əlində çanta olan həkimdir. Formasının arxasında da "İmişli" FK yazılıb.

Digər iki şəxs isə azarkeş yox, komandamızın cəzalı durumda olduğu üçün matçı tribunadan izləyən futbolçularıdır".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti