
Bu gün I Divizionda 21-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“Mingəçevir” – “Kəpəz-2” matçında qalib müəyyənləşməyib. “Neftçi-2” “Qarabağ-2” ilə oyunda darmadağına imza atıb.
“Səbail-2” isə “İmişli” üzərində inamlı qələbəyə sevinib. “Qaradağ Lökbatan” da “Şamaxı-2” ilə oyunda məğlubiyətlə üzləşib.
13 mart
"Neftçi-2" – "Qarabağ-2" 3:0
Qol: Vüsal Əsgərov, 50. İsmayıl Zülfüqarlı, 57-pen. Hüseyn Babayev, 77.
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 15:00
"Səbail-2" – "İmişli" 2:0
Qol: Emin Rüstəmov, 18. Taleh Qarayev, 90+3.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Aydın Bəxşiyev, Tural İbrahimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”, 15:00
"Qaradağ Lökbatan" – "Şamaxı-2" 0:1
Qol: Asim Əlizadə, 51.
Hakimlər: Əkbər Əhmədov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Elvin Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Lökbatan OİK stadionu, 15:00
"Mingəçevir" – "Kəpəz-2" 1:1
Qol: Roman Hüseynov, 59 – Nemət Musayev, 8.
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rəhman Aslanov, Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00
|