Divzionda baş məşqçi meydana daxil oldu, “dilini dinc saxlamadı” - 80 manatlıq olay

11 Mart 2023 03:00 I Divizion 676
Divzionda baş məşqçi meydana daxil oldu, “dilini dinc saxlamadı” - 80 manatlıq olay

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, aşağıdakı qərarlar qəbul edilib:

I Divizionun XX turunun “Zirə-2” – “Qəbələ-2” oyununda “Zirə-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilsin (maddə 39);

I Divizionun XX turunun “Kəpəz-2” – MOİK oyununda MOİK klubunun 15 nömrəli futbolçusu Rüstəm Rüstəmov görüşün 86-cı dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 2 oyun cəzalansın, klub 160 manat cərimə edilsin (maddə 36.1);

I Divizionun XX turunun “Qarabağ-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilsin (maddə 39);

I Divizionun XX turunun “İmişli” – “Qaradağ Lökbatan” oyununda “İmişli” klubunun 5 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39);

I Divizionun XX turunun “İmişli” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39);

I Divizionun XX turunun “İmişli” – “Qaradağ Lökbatan” oyunundan sonra “Qaradağ Lökbatan” klubunun məşqçisi Rafael Əmirbəyov meydançaya daxil olaraq baş hakimə kəskin şəkildə etiraz etdiyindən birbaşa qırmızı vərəqə ilə cəzalandığına görə 1 oyun cəzalansın, klub 80 manat cərimə edilsin (maddə 47.3)

Digər Xəbərlər
Xəbər Lenti