
AFFA İntizam Komitəsi I Divizionun XX turunun oyunlarında baş verənlərə hüquqi qiymət verib.
Sportinfo.az xəbər verir ki, "Zirə-2"nin dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün qəsəbə təmsilçisi 80 manat məbləğində cərimələnib.
"Zaqatala" "Neftçi-2" ilə matçda PFL-in himnini səsləndirməyinə görə 80 manat ziyana düşüb.
Bölgə klubunun oyunçusu Valeh Qəhrəmanlı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 matçlıq cəza alıb.
"Zaqatala" bunun üçün də əlavə 320 manat ödəyəcək. Valeh Qəhrəmanlı matçın gedişində rəqib futbolçunu vurduğu üçün ağır cəza alıb.
MOİK-in futbolçusu Rüstəm Rüstəmov "Kəpəz-2" ilə qarşılaşmada birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzalanıb, klub 160 manat məbləğində cərimələnib.
"Səbail-2"nin dörd üzvü "Qarabağ-2" ilə görüşdə sarı vərəqə alıb. "Dənizçilər" buna görə 80 manat ödəməli olacaq.