
Növbəti mövsüm I Divizionda 10 klub mübarizə aparacaq.
Bu, AFFA İcraiyyə Komitəsinin son qərarı ilə təsdiqlənib.
Premyer Liqa təmsilçilərinin əvəzedici heyətlərinin çempionatı ayrıca keçiriləcəyindən, federasiya birinci liqada yaranan boşluğu Region Liqasının nümayəndələrinin hesabına dolduracaq.
AFFA bu mövsüm olduğu kimi, yenə I Divizon iştirakçılarına maliyyə ayıracaq. Burada qüvvəsini sınayacaq kollektivlərə 500 min manat ödəniləcək.
Klublar bu məbləği almaq üçün müəyyənləşdiriləcək kateqoriyalara cavab verməlidir. Onlardan biri də bank zəmanətidir.
Belə ki, Region Liqasından I Diviziona gəlmək istəyən komandalar AFFA-ya bu sənədi təqdim etməlidir. Hesabda minimum 300 min manatın olması dair sənəd zəmanət məktubunda öz əksini tapmalıdır.
SPORTİNFO.AZ