I Divizion komandaları üçün YARIM MİLYON və XÜSUSİ ŞƏRTLƏR

7 Mart 2023 11:40 I Divizion 911
I Divizion komandaları üçün YARIM MİLYON və XÜSUSİ ŞƏRTLƏR

2023/2024 mövsümündən I Divizionda çıxış edən klublar lisenziyalaşdırma proqramına cəlb olunacaq.

Bu, onların fəaliyyətini tənzimləmək məqsədilə federasiya tərəfindən atılmış növbəti addımdır.

Çempionatın gələnilki yarışmaçıları bundan sonra infrasturktur və uşaq futbolu ilə bağlı məsələrərə barmaqarası yanaşmayacaq.

Qurum tərəfindən onlara illik 500 min manat məbləğində dotasiya ayrılması nəzərdə tutulub. Bu vəsait aylar üzrə bölünərək iştirakçıların hesabına köçürüləcək. G

östərilən rəqəmin 300 min manatı əsas komandaya və strukturun formalaşdırılmasına sərf olunacaq.

Yerdə qalan pul isə bir neçə yaş qrupunu əhatə edən akademiyanın yaradılmasına, həmçinin digər xərclərə gedəcək.

Yardım paketinə daxil olan vəsait hər rüb audit yoxlamasından keçiriləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti