Bu klub paytaxtdan rayona köçür: "AFFA-nın bütün şərtlərini yerinə yetirməyə hazırıq"

7 Mart 2023 09:20 I Divizion 4 745
Bu klub paytaxtdan rayona köçür: "AFFA-nın bütün şərtlərini yerinə yetirməyə hazırıq"

«I Divizionda oynamaq üçün AFFA-ya müraciət etmişik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin prezidenti Asəf Məlikov deyib.

Cari mövsümdən Region Liqasında mübarizə aparan Qarabağ qazilərinin klubu uğurlu çıxışı ilə seçilən iştirakçılardan biridir.

Paytaxt zonasında «B» yarımqrupunu bitirən Şuşa təmsilçisi gələn «futbol ili»ni I Divizionda keçirmək niyyətindədir:

"Bilirsiz ki, hazırda Şuşada böyük yenidənqurma işləri aparılır. Şəhərə köç bir müddət sonra başlayacaq.

Hələ orada futbol infrastrukturu qurulmalıdır. Biz bir müddət ev oyunlarını Beyləqanda keçirə bilərik. Bunu AFFA-ya ünvanladığımız məktubda qeyd etmişik.

Federasiyanın I Divizionda oynamaq şərtləri var. O şərtlərlə tanışıq və hamısını yerinə yetirməyə hazırıq. Ümid edirik ki, AFFA 3 il Region Liqasında oynamaq tələbini ortadan qaldıracaq.

Belə olsa, inanıram ki, bizim kimi bölgə klubları Diviziona yeni nəfəs gətirəcək. Diviziona buraıxlsaq, adı rayonu təmsil edib, özü Bakıda oynayan komandalardan olmayacağıq.

Beyləqan Qarabağ bölgəsinə yaxın yerdir, futbolu sevən rayondur. Stadionu, şəraiti, azarpkeşi var.

«Difai» olaraq Beyləqanda futbol adına çox iş görə bilərik. İnanıram ki, AFFA bütün bunları nəzərə alacaq və növbəti dəfə ədalətli qərar verəcək, bölgədə yaşayan futbolsevərləri sevindirəcək».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti