AFFA bu rayonu Diviziona qaytarır

4 Mart 2023 23:20 I Divizion 1 390
AFFA bu rayonu Diviziona qaytarır

AFFA-nın gələn mövsüm I Divizionda təmsil olunmasını istədiyi rayonlardan daha birinin adı bilinib.

Federasiya Qusarın bu siyahıya əlavə edilməsini istəyir.

Qurumun nümayəndələri rayonun futbol həyatı ilə yaxından maraqlanmaq, Şövkət Orduxanov adına stadionda aparılan yenidənqurma işləri ilə tanışlıq məqsədilə bura səfər eləyib.

Onlar yerli İcra Hakimiyyətinin və idman idarəsinin əməkdaşları ilə görüşüb.

Qusar 5 ilə yaxındır ölkənin futbol səhnəsindən uzaq düşüb. Şimal rayonunun brendi «Şahdağ»dır, o da artıq fəaliyyət göstərmir.

«Azarenerji»nin sabiq prezidenti Etibar Pirverdiyevin əlini üzərindən çəkdiyi klub I Divizionu tərk eləyəndən sonra Region Liqasında mübarizə aparırdı.

İki ildir burada yoxdurlar. Əvəzində yeni yaranan «Qusar» və «Şirvanovka» onların yerini tutub.

AFFA I Divizionun coğrafiyasını genişləndirmək, daha çox region təmsilçisinə meydan vermək niyyətindədir. Naxçıvan, Mingəçevir və İmişli cari yarışmaya qoşulan bölgələrdəndir.

Qarşıdakı sezonda bu xəritədə 4 rayonu da görəcəyik.

Hər halda AFFA Premyer Liqa klublarının əvəzedici heyətlərini I Diviziondan ayırmağa, onların ayrıca çempionatını bərpa eləməyə hazırlıq görür. Bu boşluğu Region Liqasının nümayəndələri tutacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti