I Divizionda 19-cu tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, "Qəbələ-2" doğma meydanda "Sumqayıt-2"ni qəbul edib.
Qarşılaşma əyalət təmsilçisinin 4:1 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 31-ə yüksəldən "Qəbələ-2" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Sumqayıt-2" isə 10 xalla sonuncu yerədir.
“Qəbələ-2” – “Sumqayıt-2” 4:1
Qollar: Aqil Nəsibov, 7; Rauf Məhərrəmov, 30; Salman Ələsgərov, 52 (p.); Gülağa Əsədov, 66 - Cavidan Abbaszadə, 83

