"Neftçi"dən "toy tutmaq" belə olur - VİDEO

23 Fevral 2023 03:00 I Divizion 800
"Neftçi"dən "toy tutmaq" belə olur - VİDEO

Azərbaycan I Divizionunda XVII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu gün "Neftçi-2" öz meydanında "Səbail-2"ni qəbul edib.

Qarşılaşma "ağ-qaralar"ın 5:1 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 34-ə yüksəldən "Neftçi-2" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Səbail-2" isə 24 xalla 8-ci yerdədir.

"Neftçi-2" - "Səbail-2" 5:1
Qollar:
Hüseyn Babayev, 7, Ramin Nəsirli, 12 (pen.), Elcan Əbilov, 26, Aqşin Abazərov, 32, Vüsal Əsgərov, 41 - Ədilxan Qarəhmədov, 10 (pen.)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti