Birinci divizionda 18-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, "Kəpəz-2" "Qəbələ-2" ilə üz-üzə gəlib.
Matçda qonaqlar qələbə qazanıb. Ev sahiblərinin heyətində Elnur Cəfərov təsəlli qolunu vurubsa, millinin məşqçisi Arif Əsədovun oğlu Gülağa Əsədov da fərqlənib.
"Kəpəz-2" - "Qəbələ-2" 1:2
Qollar: Elnur Cəfərov 90+6 - Gülağa Əsədov 40, Mehrac Baxşalı 46

